Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AFFA ilin son cəzalarını açıqladı

AFFA ilin son cəzalarını açıqladı

Date: 22 December 2015 13:37

AFFA İntiza Komitəsinin 2015-ci il üçün son iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Kəpəz" - "Neftçi" oyununda qonaqlardan Aylton Silva 50-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan 3 dəqiqə sonra "Kəpəz"dən Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 2 oyunluq cəza alıb, klub 2000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Kəpəz”in bir qrup azərkeşi “Neftçi”nin azərkeşlərinə daş atıb. “Kəpəz” ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə edilib. "Neftçi" isə 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək.

"Xəzər Lənkəran" "İnter"lə oyunun 42-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə 1000 manat cərimələnib. 

"Sumqayıt"ın fxutbolçusu Emin Mehdiyev "Rəvan"la oyunun 73-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb və 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. "Rəvan" isə 4 futbolçusu sarı aldığından 1000 manat cərimə edilib.

Fanat.az

Tags:  AFFA ilin son cəzalarını açıqladı


RƏYLƏR


Top news