AFFA 2 futbolçuya cəza verdi

AFFA 2 futbolçuya cəza verdi
13:42 22 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntiza Komitəsinin 2015-ci il üçün son iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

“Qaradağ Lökbatan” - “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

“Göyəzən” - “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik” klubunun futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Neftçala” - “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunur.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-2-futbolcuya-cza-verdi-t46331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR