Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaqatalada qadağan olunmuş dini kitablar tapılıb

Zaqatalada qadağan olunmuş dini kitablar tapılıb

Date: 22 December 2015 13:47

Zaqatalada qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri RPŞ əməkdaşları tərəfindən müəyyən edilib.

Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşür və 11 ədəd audiokaset aşkar edilərək götürülüb.

Milli.Az


Tags:  Zaqatalada qadağan olunmuş dini kitablar tapılıb

RƏYLƏR


Top news