Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynini sevən Maylini dinləsin?

Beynini sevən Maylini dinləsin?

Date: 22 December 2015 13:57

İngiltərəli elm adamları pop-musiqi dinləyənlərin musiqinin digər növlərini sevənlərdən daha ağıllı olduqlarını müəyyənləşdiriblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmanın rəhbəri, psixoloq Emma Qrey pop-musiqinin insan beynini, sözün əsl mənasında, oyaq saxladığını qeyd edib. Onun sözlərinə görə, Mayli Sayrus, Keti Perri və Castin Timberleyk kimi ulduzların mahnılarını dinləmək beyin üçün faydalıdır:

"Bu tip mahnılar beyni oyaq saxlayır, diqqəti artırır, insanın ətraf mühiti qavrama sürətini artırır".
Araşdırmada iştirak edən tələbələrdən pop-musiqiyə qulaq asanların ingilis dili və incəsənət dərslərində, klassik musiqi dinləyənlərin isə riyaziyyatda daha aktiv olduqları müşahidə edilib.
Qeyd edək ki, bundan öncəki araşdırmalarda klassik musiqi dinləməyin insan zəkasına müsbət mənada təsir etdiyi aşkarlanmışdı.

Milli.Az


Tags:  Beynini sevən Maylini dinləsin

RƏYLƏR


Top news