Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər

Azərbaycanda taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər

Date: 22 December 2015 14:01

Azərbaycan prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Müəyyən edilib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması fəaliyyəti prezidentin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli fərmanına əsasən lisenziyalaşdırma sahəsində müəyyən ediləcək yeni qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.
 
“Avtomobil nəqliyyatı haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib: 14.1.2-ci maddədə “buraxılmış” sözündən sonra “Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən” sözləri əlavə edilib, 14.2.5-ci maddədə isə “həmin avtonəqliyyat vasitələrinin” sözləri “Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş istismar müddəti tələblərinə cavab verdiyini təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və” sözlərlə əvəzlənib.
 
Eyni zamanda aşağıdakı məzmunda 14.2.8-1-ci maddə əlavə edilib: “14.2.8-1. taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə”.
 
8. 15.5-ci maddədə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir”.
 
27.3-cü maddəyə isə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilib: “Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir”.

Tags:  Azərbaycanda taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər

RƏYLƏR


Top news