​Tehran və Təbrizdə İran-Azərbaycan biznes forumları keçirilib

​Tehran və Təbrizdə İran-Azərbaycan biznes forumları keçirilib
14:07 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə Tehranda İran-Azərbaycan biznes forumu keçirilib.
“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 350-dən çox iş adamı iştirak edib.
Forumda çıxış edən Ş.Mustafayev bildirib ki, Azərbaycan-İran arasında iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlıq vacibdir. Nazir qeyd edib ki, biznes forumda Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı təmsil olunur: “Yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Tehranda keçirilən biznes forum iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək. İran yüklərinin Azərbaycan üzərindən digər ölkələrə daşınması üçün ölkəmiz geniş tranzit imkanlarına malikdir. Hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır. Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli olacaq”.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. İqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında İran regionları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu imkanları genişdir”.
Tədbirdə İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mohsen Calalpur “İş adamları arasında əlaqələrin genişləndirilməsi”, Azpromo-nun rəhbəri Rüfət Məmmədov “Azərbaycanın biznes mühiti və investisiya imkanları”, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin müdir müavini Zaur Məmmədov “Sənaye parkının fəaliyyətinə və iş adamları üçün yaradılmış əlverişli imkanlar”, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və İranın “Abad Rahan Pars İnternational” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.
Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu gün Təbriz şəhərində növbəti İran-Azərbaycan biznes forumu keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kustar üsulla neft istehsal edib satışa çıxaranlar - MÖHTƏŞƏM FOTOLAR

28 İyul 2017 12:38

"Barselona" yetirməsi MLS klubunda

28 İyul 2017 12:37

“GoPro QuikStories” videonu avtomatik ötürəcək

28 İyul 2017 12:35

Murad Arif: "Hər yerdə dağ başındayam"

28 İyul 2017 12:32

Sabahın HAVAsı

28 İyul 2017 12:32

Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub

28 İyul 2017 12:32

Bakıda avtomobildən xeyli pul oğurlanıb

28 İyul 2017 12:29

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib

28 İyul 2017 12:28

Sabahın HAVASI: 42 dərəcə İSTİ OLACAQ

28 İyul 2017 12:28

Rus turist qadın intihar etmək üçün binanın damına çıxdı... - VİDEO - FOTO

28 İyul 2017 12:27

Havanın temperaturu qalxır - XƏBƏRDARLIQ

28 İyul 2017 12:24

Şəbnəm Tovuzlunun konsertində ŞOK ANLAR: pərəstişkarları müğənnini... - VİDEO

28 İyul 2017 12:23

Büdcənin gəlirləri ilə bağlı yarımillik proqnoz AÇIQLANDI

28 İyul 2017 12:22

Ferrari aldı, 1 saat sonra xurd-xəşil etdi - FOTO

28 İyul 2017 12:22

Sumqayıtda avtomobilləri talayan şəxs ələ keçdi

28 İyul 2017 12:19

7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşuldu

28 İyul 2017 12:17

İsti hava şəraiti davam edəcək

28 İyul 2017 12:17

Məleykə Əsədova İtaliyada belə dincəlir

28 İyul 2017 12:17

Aspir yağının möcüzəsi

28 İyul 2017 12:14

Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR

28 İyul 2017 12:13

Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı

28 İyul 2017 12:12

"Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb"

28 İyul 2017 12:12

Şabranda sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib

28 İyul 2017 12:07

Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bu il 1,6 mlrd. dollar artıb

28 İyul 2017 12:07

Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb

28 İyul 2017 12:07

Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələdi

28 İyul 2017 12:07

Bakı-Qazax yolunda dəhşətli qəza: yaralılar var

28 İyul 2017 12:05

"Kəpəz" milli komandaya uduzdu

28 İyul 2017 12:05

Müğənninin sevgilisi ilə boy fərqi - FOTO

28 İyul 2017 12:05

Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı GÜLLƏLƏDİ

28 İyul 2017 12:03

Ermənilər Qarabağda minaya düşdü

28 İyul 2017 12:03

QƏRAR: Baş nazir vəzifəsindən kənarlaşdırıldı

28 İyul 2017 11:59

ABŞ hərbi bazasında terrorçuların toplantısı təşkil edildi

28 İyul 2017 11:58

Müsəlman futbolçu xaç işarəsinə görə klubundan ayrıldı

28 İyul 2017 11:57

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar - VİDEO - FOTO

28 İyul 2017 11:57

"Səni duymadan necə yaşayırlar?"

28 İyul 2017 11:55

“Qəbələ” artıq bunu bacarıb...

28 İyul 2017 11:54

Komissiya sədri: "Azərbaycanda hepatit B-nin yayılması azalıb"

28 İyul 2017 11:52

Qadın 13 yaşlı uşağın başını kəsmək istədi: polis son anda xilas etdi - VİDEO

28 İyul 2017 11:52

Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTOLAR

28 İyul 2017 11:48

Serenay Sarıkaya sevgilisi üçün etdiyi hərəkətlə hamını HEYRƏTLƏNDİRDİ - FOTO

28 İyul 2017 11:48

TAP-ın tikintisində istifadə olunacaq boruların 80%-dən çoxu qəbul edilib

28 İyul 2017 11:47

Bakı-Qazax yolunda yük maşını minik maşını ilə toqquşub, 3 nəfər yaralanıb

28 İyul 2017 11:47

Massaçusets Texnologiya İnstitutunun program rəhbəri Bakı Ali Neft Məktəbində

28 İyul 2017 11:47

Arvadı iş yoldaşından hamilə qaldı, baltaladı...

28 İyul 2017 11:46

SON DƏQİQƏ: Sərnişin qatarı dəhşətli qəzaya uğradı - VİDEO

28 İyul 2017 11:43

Azərbaycanda telekanalın işçilərinə hücum edildi - VİDEO - FOTO

28 İyul 2017 11:42

Astanada Azərbaycan şərablarının ticarət evi açılır

28 İyul 2017 11:42

Masallıda gəlin 72 yaşlı qayınanasını döydü - FOTO

28 İyul 2017 11:42

7 yaşlı qızı güllələyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

28 İyul 2017 11:39