3 ilin qalibləri

3 ilin qalibləri
14:07 22 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ilin sonuna sayılı günlər qaldığından son günlər məhz başa çatmaqda olan ilin yekunları müzakirə olunur. Bir neçə gün öncə İdman Araşdırmalar Mərkəzi (İAM) də ilə yekun vurub. Qurum ardıcıl 3-cü dəfə gerçəkləşdirdiyi “İlin qalibləri” layihəsi ilə 2015-ci ilin fərqlənənlərini açıqlayıb. Layihə çərçivəsində 14 mükafat sahibini tapıb. Səsvermə ilə 8 nominasiya üzrə 11 qalib müəyyənləşibsə, daha 3 mükafatın sahibini qurum özü təltif edib.

İAM-ın layihəsinin tarixinə nəzər salsaq, səsvermənin zaman keçdikcə daha böyük miqyası əhatə etdiyi göz önündədir. Sorğusunu daim KİV-lər arasında keçirən qurum ildən-ilə respondentlərin sayını artırır. 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya az qala yarısı – 14-ü də əlavə olunub. Ötən il bu rəqəmi 41-ə çatdıran mərkəz bu dəfə 48 KİV-i səsverməyə cəlb edib. Hər dəfə 7 yeni qurumu siyahıya əlavə edən İAM böyük ölçüdə bütün mətbuatı əhatə etməkdədir. Bu rəqəmin gələn il daha böyük olacağı da gözləniləndir.

Mərkəzin mükafatları da hər il artır, nominasiyalarıın sayı çoxalır. 2013-cü ildə 7 ən yaxşını müəyyənləşdirən mərkəz ötən il mükafatların sayını 9-a çatdırıb. Bir nominasiya və bir xüsusi mükafat təqdim edən İAM daha böyük miqyası əhatə etmək iddiasını ortaya qoyub. 2015-ci ildə nominasiyaların sayı bir il öncəkindən fərqlənməsə də, xeyli yenilik diqqət çəkir. Komanda, məşqçi və mətbuat katibləri üçün nəzərdə tutulan nominasiyaların hər biri iki fərqli istiqamətdə - futbol və digər növlər üzrə aparılıb. Nəticədə respondentlər ilin “11-liy”ini müəyyənləşdirib. İAM isə bu dəfə 3 xüsusi mükafatını tədbirdə təqdim edib.

İndi isə ayrı-ayrı nominasiyalara nəzər yetirək:

İlin idman xadimi nominasiyası hər il yeni qalibin olması ilə diqqət çəkir. 2013-cü ildə qalib futboldakı xidmətlərinə görə bu ada layiq görülmüşdüsə, növbəti iki ildə ümumi idman üzrə funksionerlər – nazir və klub rəhbərliyində yer alan qalib olub. Futbol fəaliyyəti dövründə ən yaxşı ola bilməyən Sadıq Sadıqovun bu adı yeni ampluasında qazanıb.
2013. Hafiz Məmmədov (“Bakı” klubunun prezidenti)
2014. Azad Rəhimov (Gənclər və İdman naziri)
2015. Sadıq Sadıqov (“Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri)

İlin idmançısı adına isə daim fərdi idman növləri üzrə təmsilçilərimiz qazanıb. İki il öncə buna cüdoçu nail olmuşdusa, sonralar güləşçilər hamını arxada qoyur. Əvvəl sərbəst, sonra yunan-Roma güləşçisi ən yaxşı seçilib. Ölkəmizdə güləşin gündən-günə inkişaf etdiyini nəzərə alsaq, növbəti illərdə də ənənənin davam etməsi sensasiya sayılmaz.
2013. Elxan Məmmədov (cüdo)
2014. Hacı Əliyev (sərbəst güləş)
2015. Rəsul Çunayev (yunan-Roma güləşçisi)

İlin futbolçusu və ya bəzən ifadə olunduğu kimi yerli oyunçusu adına Azərbaycan millisinin futbolçuları layiq görülüb. Yerli futbolçular heç də klublarının lideri olmadığından burada əsas onların millidəki çıxışları əsas götürülür. Bu, yalnız Qara Qarayevə aid deyil ki, o da iki il öncə həm klub, həm yığmada uğur qazanıb. Kamran Ağayevlə Rahid Əmirquliyev klubda uğursuzluq yaşadığı vaxtda millidəki çıxışına görə respondentlərin səslərini qazanıb.
2013. Kamran Ağayev (“Bakı”)
2014. Qara Qarayev (“Qarabağ”)
2015. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

İlin əcnəbi futbolçusu nominasiyasını isə “Qarabağ”ın ən yaxşı legioneri kimi də ifadə etmək olar. Son illər ölkə futbolunda dominantlıq edən və daha çox braziliyalılarının hesabına uğurlar qazanan komandanın cənubi amerikalılarının əməyi səsvermədə iştirak edənlərin də diqqətindən yayınmayıb. Riçard Almeyda isə ardıcıl 2 dəfə İAM-ın mükafatını qazanaraq, baş məşqçisi Qurban Qurbanovdan sonra bunu bacaran 2-ci qalib kimi tarixə düşüb.
2013. Reynaldo Silva (“Qarabağ”)
2014. Riçard Almeyda (“Qarabağ”)
2015. Riçard Almeyda (“Qarabağ”)

İlin komandası nominasiyası isə fərqli qalibləri ilə seçilir. 2013-cü ildə digər növlər, ötən il futbol üzrə komanda qalib gəlmişdi. Bu dəfə isə təşkilatçılar hər iki “amplua”da seçim imkanı verib. Nəticədə ikinci futbol komandası və güləş yığması qalib olub.
2013. Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi
2014. “Qarabağ”
2015. “Qəbələ” və Yunan-Roma güləşi üzrə komanda 

İlin baş məşqçisi nominasiyasında da eyni addım atılıb. İlk iki ildə ən yaxşı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun hegemonluğuna son qoyulub. 43 yaşlı mütəxəssis iki dəfə qalib olsa da, əslində 3 mükafat əldə edib. Ötən il o, 100 faizlik səs toplamağa nail olduğundan, xüsusi mükafat da almışdı. Bu il isə Qurbanov Avropa Liqasında qrupa düşən digər komandamızdakı həmkarına uduzub. Yenilik isə digər növlərdən olan məşqçilər üçün də qələbə imkanı yaradıb və bundan yunan-Roma güləşi üzrə yığmanın sükançısı yararlanıb.
2013. Qurban Qurbanov (“Qarabağ”)
2014. Qurban Qurbanov (“Qarabağ”) 
2015. Roman Qriqorçuk (“Qəbələ”), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi)

İlin idman jurnalisti nominasiyasında isə yeni qalib müəyyənləşib. 2013-cü ildə 2, növbəti illərdə isə 1 qalib olduğundan, 4 jurnalist ən yaxşı adına sahib olub. Onlardan ikisi elektron, ikisi televiziya əməkdaşıdır. Maraqlıdır ki, sonuncuların hər ikisi ATV-ni təmsil edir.
2013. Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (apasport.az).
2014. Natiq Muxtarlı
2015. İlkin Fikrətoğlu (ATV)

2014-cü ildən sahibini tapan İlin mətbuat katibi nominasiyasında əvvəl 1, sonra 2 ən yaxşı olub. Futbolda Avropa Liqasına düşən klubların əməkdaşları qalib gəlibsə, digər növlərdəki ilk mükafatçı Azərbaycan Güləş Federasiyasını təmsil edib. Bu idman növü 2015-ci ildə 4 mükafat əldə etməyə nail olub. 
2014. Nurlan İbrahimov (“Qarabağ”)
2015. Anar Hacıyev (“Qəbələ”), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)

İlk xüsusi mükafatını ötən il təqdim edən İAM azarkeşləri də diqqətdən kənar qoymadığını nümayiş etdirib. Həmin vaxt ən fəal azarkeşi müəyyənləşdirən qurum bu dəfə müxtəlif sahələrdəki fəaliyyəti ilə ən yüksək qiymətə layiq olanları təltif edib.
2014. İlin ən fəal azarkeşi - İlqar Həmzəyev
2015. Media ilə sıx və səmərəli əməkdaşlığa görə - Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova
2015. İdman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Həmrəylik Kuboku” - Mehman Süleymanov 2015. 
ÇEMPİON yarışmasının qalibi - Vüsal Süleymanov

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Guamdakı hərbi bazasını açıq elan etdi

18 Avqust 2017 18:45

Dəridəki "ət xalları" yox etməyin ən sadə və ucuz üsulu

18 Avqust 2017 18:43

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib

18 Avqust 2017 18:42

Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

18 Avqust 2017 18:38

Dünya bu 22 yaşlı azərbaycanlını axtarır

18 Avqust 2017 18:30

“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

18 Avqust 2017 18:27

Zərərçəkmiş: "Bu işdə Arif Əsgərovun oğlu da əsas günahkardır"

18 Avqust 2017 18:27

Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var

18 Avqust 2017 18:23

Arıqlamaq üçün ən təbii üsul

18 Avqust 2017 18:15

Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir

18 Avqust 2017 18:13

Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib, xeyli sayda yaralı var

18 Avqust 2017 18:12

ABŞ “Əş-Şəbab”-a zərbə endirdi

18 Avqust 2017 18:05

Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”

18 Avqust 2017 18:03

Nazirlik küçəyə zibil atan şəxslərin müəyyən olunması üçün polisə müraciət edib

18 Avqust 2017 18:02

Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb

18 Avqust 2017 18:02

Aeroport yolunda sürət həddi endirilib

18 Avqust 2017 18:02

Əli Kərimlinin keçmiş mühafizəçisindən sensasion açıqlamalar

18 Avqust 2017 17:59

Baş Prokurorluq bu saytlara XƏBƏRDARLIQ etdi

18 Avqust 2017 17:58

“Qarabağ” - "İnter" oyununu kim idarə edəcək?

18 Avqust 2017 17:57

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək

18 Avqust 2017 17:57

İkinci turun təyinatları açıqlandı

18 Avqust 2017 17:57

Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

18 Avqust 2017 17:52

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını təbrik edib

18 Avqust 2017 17:50

Rusiyada yandırılıb öldürülən azərbaycanlıyla bağlı ŞOK TƏFƏRRÜAT: İşgəncə də verilibmiş

18 Avqust 2017 17:49

Unibank filialları şənbə günləri də işləyir

18 Avqust 2017 17:48

Alim Qasımovun şıdırğı rəqsi – VİDEO

18 Avqust 2017 17:48

Bakının 4 qəsəbəsinin kanalizasiya xətləri yenilənəcək - SƏRƏNCAM

18 Avqust 2017 17:44

Dənizdə batan daha 4 nəfər xilas edilib

18 Avqust 2017 17:40

Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb

18 Avqust 2017 17:37

Neymardan sonra "Barselona"ya Suares şoku

18 Avqust 2017 17:37

Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib

18 Avqust 2017 17:37

Krım əvəzinə Dnestryanı? - Rusiya Kiyevin PLANINI AÇIQLADI

18 Avqust 2017 17:33

Azərbaycan Dövlət Neft Fondu bu il AÇG-dən 3,6 mlrd. dollar qazanıb

18 Avqust 2017 17:32

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

18 Avqust 2017 17:32

Avqustun 21-nə manatın məzənnəsi

18 Avqust 2017 17:30

Prezident "Azərsu"-ya 5,78 milyon manat ayırdı

18 Avqust 2017 17:28

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

18 Avqust 2017 17:27

Seks robotları artıq duyğularını ifadə edə bilirlər: "odlu", "təhlükəli" - FOTOLAR

18 Avqust 2017 17:23

Binə, Mərdəkan, Şağan və Şüvəlanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5,78 milyon manat ayrılıb

18 Avqust 2017 17:22

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

18 Avqust 2017 17:22

Çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?

18 Avqust 2017 17:20

Manana qızı və oğlu ilə istirahətdə - FOTOLAR

18 Avqust 2017 17:19

Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb

18 Avqust 2017 17:17

Sabiq "Qarabağ"lı Kipr klubunda

18 Avqust 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

18 Avqust 2017 17:13

Azərbaycanda dövlət idarələrinin kreditləşməsi artıb

18 Avqust 2017 17:12

“Məni azərbaycanlı həkimlər bu hala saldı…”

18 Avqust 2017 17:10

Safuranın oğlunun yeni FOTOLARI

18 Avqust 2017 17:08

Prezident İlham Əliyev Bakının 4 ətraf qəsəbəsinə maliyyə vəsaiti ayırıb

18 Avqust 2017 17:07

Erməni əsgərləri intihar etdi

18 Avqust 2017 17:03