Azərbaycan Gənclər Fondunun yeni ofisinin açılışı olub

14:13 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yeni ofisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlcə jurnalistlərlə keçirilən görüşdə qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Fond 4 ildir fəaliyyət göstərir və indiyə qədər 7 qrant müsabiqəsi keçirib: “Məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətində gənclər təşkilatının rolunun gücləndirilməsidir. Hazırda Azərbaycanda 310 gənclər təşkilatı var”.
F.Hacıyev deyib ki, indiyə qədər Fonda 5080 layihə ilə müraciət olunub, onlardan 2330-u dəstəklənib. Eyni zamanda, 1600-ə yaxın gənc işlə təmin edilib.
O, Fondun 8-ci qrant müsabiqəsini elan etdiyini xatırladıb: “Fondun fəaliyyəti şəffafdır. Bütün məlumatlarımızı saytda yerləşdiririk. Bu müsabiqədə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə ilə bağlı mövzu da var. Çünki gənclərin radikal qruplara qoşulmasının qarşısını almaq üçün Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır”.
Sonra Fondun yeni ofisi ilə tanışlıq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Gencler_Fondunun_yeni_ofisinin_achilisi_olub-913263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR