Bu il Avropaya 1 milyondan çox miqrant köçüb - RƏSMİ

Bu il Avropaya 1 milyondan çox miqrant köçüb - RƏSMİ
14:14 22 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

 

Bu il ərzində Avropaya su və quru yolu ilə gələn miqrantların sayı 1 milyonu keçib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

 

Təşkilatın məlumatına görə, ötən illə müqayisədə bu rəqəm dörd dəfə artıb.

 

Böyük əksəriyyət dəniz yolu ilə sərhədi keçib. Aralarında Suriya, İraq və Əfqanıstandan olan təxminən 800 mindən çox miqrant Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya gəlib.

 

Məlumatda deyilir ki, 3 695 miqrant bu il ərzində ya suda boğulub, ya da itkin düşüb.

 

Qeyd edək ki, ötən həftə dərc olunan BMT məruzəsi bu il üçün dünya üzrə evlərini məcburi şəkildə tərk etmək məcburiyyətində olan insanların sayının 60 milyonu ötəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR