"Azərbaycanda 15 milyard dollarlıq sərmayə hədəfi qoyulub" - TBMM sədri

"Azərbaycanda 15 milyard dollarlıq sərmayə hədəfi qoyulub" - TBMM sədri
14:14 22 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, aramızda qardaşlıq bağları var”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin rəhbəri İsmayıl Kahraman Türkiyənin Azərbaycandakı səfirliyinin onun şərəfinə verdiyi ziyafətdə deyib. İ. Kahraman bildirib ki, bu münasibətlər həm dünya, həm də region üçün vacib işbirliyidir: "Bu əməkdaşlıq davam edəcək. Orta Asiyadakı türk cümhuriyyətləri ilə qurduğumuz təşkilatlar var, qarşılıqlı yatırımlar var. Azərbaycanda 2665 türk iş adamı fəaliyyət göstərir. Gələcək üçün 15 milyard dollarlıq sərmayə hədəfi qoyulub. Dövlətlərin münasibətləri mənfəətə əsaslanır, amma millətlərin dostluğu əbədidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR