Sarkisyan iclasda “ağladı”

Sarkisyan iclasda “ağladı”
14:16 22 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin Moskvada keçirilən iclası başa çatıb.

ANS PRESS-in məlumatına görə, KTMT təşkilatına sədrliyi öz üzərinə götürən Ermənistan prezidenti Serj Sarkisyan üzv dövlətləri tənqid edib.

O, bildirib ki, NATO-ya daxil dövlətlər bütün hərbi məsələlərdə bir – birlərinə daima dəstək olublar: “NATO dövlətləri bəzi hallarda aralarında ziddiyət olsa belə bir – birlərini tək buraxmayıblar. Bu hadisəyə Türkiyə Rusiya qırıcısını vurduğu vaxt şahid olduq. Amma KTMT –na daxil olan dövlətləri heç vaxt zəng vurub, soruşmayıblar ki, Azərbaycan Ermənistana hansı təzyiqləri göstərir. Heç Ermənistanın müttəfiqlərini maraqlandırmır ki, Azərbaycanla sərhəddə nələr baş verir”, - deyə çıxış edən Sarkisyan əlavə edib ki, blokun bir üzvü üçün yaranan təhlükə bütün ittifaq üzvülərinə aiddir.

Milli Məclisin Təhlükəzlik və Müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc ANS PRESS-ə verdiyi açıqlamada bildirdi ki, Sarkisyan daxil olduğu müharibədə məğlub olacağını bildiyi üçün kömək istəyir: "Bu ölkə ötən 10 illikdə də hərbi blokdan kömək istəyib. Amma Rusiyadan başqa heç bir dövlət onların yardımına gəlməyib. Elə bu səbəbdən də Sarkisyan bundan əvvəlki tədbirlərdə də KTMT-i ölkələrini təhdid edirdi".


Zahid Oruc - millət vəkili




Zahid Oruc bildirdi ki, Ermənistanın məqsədi Azərbaycanı Qazaxıstanla, Belarusla, Qırğızıstanla və təşkilat daxil olan dövlətlərlə üz – üzə qoymaqdır. “Onlar istəyirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlayan zaman Qazaxıstan, Belarus və digər dövlətlərin əsgərləri ilə üz – üzə gəlsinlər. Ermənistanın əlehimizə qaldırmaq istədiyi dövlətlər Azərbaycana qarşı çıxmazlar”, -deyə millət vəkili bildirdi.

Ermənistanın ittifaq daxilində belə fəallaşmasının səbəbi isə KTMT-na sədrliyin bu ölkəyə təhvil verilməsidir. Bu qərar ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən iclasında verilib. Məlumata görə, Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibət ilə təbrik edib. Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan,Tacikistan prezidentləri və təşkilatın birinci katibi iştirak edib.


KTMT –na daxil olan dövlətlərin prezidentləri


Bütün hərbi təşkilatlarda olduğu kimi KTMT-da da ittifaqa daxil olan dövlətlərin hər hansı birin milli təhlükəsizliyinə təhdid olarsa, dövlətlər birləşib həmin ölkəni müdafiə edə bilər. Bu təcrübə artıq ABŞ-da baş verən 11 sentyabr terror hadisəsindən sonra NATO tərəfindən tətbiq edilib. Həmin vaxt NATO dövlətləri ABŞ-ın müraciəti əsasında Əfqanıstanda terror qruplaşmalarına qarşı mübarizəyə başladı. Onlarda bu bölgənin NATO-su olmağa ümid bəsləyirlər.


Azərbaycanın işğal olunan əraziləri (qara xətlərlə işarələnib)


Azərbaycan və Ermənistan arasındakı münaqişə isə tamam fərqlidir. Azərbaycan ordusu Ermənistanın paytaxtı İrəvanda hərbi əməliyyatlar keçirərsə, bu bloka daxil olan dövlətlər müqavilənin şərtlərindən istifadə edə bilərlər. Azərbaycan müharibəni İrəvanı işğal etmək üçün deyil, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan işğal altında olan torpaqlarını azad etmək üçün başlayacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR