Lisenziyalar ləğv edildi - məqsəd rahat çörək qazana bilməkdir - FOTO

Lisenziyalar ləğv edildi - məqsəd rahat çörək qazana bilməkdir - FOTO
14:17 22 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev ötən gün bir çoxlarını sevindirəcək fərman verdi. Prezidentin lisenziyalarla bağlı imzaladığı fərmana əsasən, nəqliyyat sahəsində lisenziyalar ləğv olundu. Lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri də təsdiq edildi. Bu siyahıda sərnişindaşıma və yükdaşıma ilə bağlı lisenziyalar yer almayıb. O cümlədəm lisenziya verilməsi üçün tələb olunan şərtlər sadələşdirilir və təkmilləşdirilir.

Bəs bu sadə insanlara nə fayda verəcək? Dolların kəskin bahalaşması, manatın üzən məzənnəyə keçməsi fonunda bu hansı müsbət tendesiyaya yol aça bilər?

Milli.Az bildirir ki, anspress-ə bunu müəyyən etməyə çalışıb.

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov imzalanan fərmanın son devalvasiyaya heç bir bağlılığının olmadığını deyir. Onun sözlərinə görə, bu barədə fikir hələ sentyabr ayından var idi. 

"Amma belə bir vaxtda imzalanmasına həqiqətən ehtiyac var idi. Müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olanların işi asanlaşacaq. Məqsəd odur ki, vətəndaşlar taksi, yükdaşıma, sərnişindaşıma fəaliyyəti ilə rahat şəkildə məşğul olsunlar, kiminsə qapısını döyməsinlər. Yəni, bu fəaliyyətlə məşğul olanlar rahat çörək qazana bilsinlər".

Ekspert onu da əlavə etdi ki, nəqliyyat sahəsinə lisenziyanın ləvği həm də cəmiyyətin nəqliyyata olan ehtiyaclarını ödəyə bilər. 

Lakin lisenziyaların ləğvi o demək deyil ki, kim istədi bu fürsətdən istifadə edəcək. "Qanunla nəzərdə tutulmuş bir sıra şərtlər var ki, onlara riayət etmək lazımdır", - deyə Ə. Hüseynov bildirib.

Ərşad Hüseynov - Nəqliyyat sahəsi üzrə ekspert

Bu ilin noyabr ayında taksi lisenziyaları ASAN Xidmət tərəfindən verilməyə başlanılmışdır. Taksi fəaliyəti üçün lisenziya və fərqlənmə nişanının ASAN xidmət tərəfindən verilməsi prezident İlham Əliyevin 2015-ci il avqustun 31-də imzaladığı "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərmanda nəzərdə tutulub.

Prezidentin 2015-ci il avqustun 31-də imzaladığı fərman

Ölkə başçısının lisenziya ilə bağlı imzaladığı son fərmanın da devalvasiya fonunda bir çox sürücülərin ürəyincə olacağı gözlənilir. Çünki iş yerlərinin bağlanması və ixtisarların artması nəticəsində çətinlik yaşayan ərəfədə atılan bu addım həqiqətən də alqışa layiqdir. 

Bu, həm taksi ilə məşğul olmaq istəyənlərdə vaxt itkisinin qarşısını alacaq, həm də lisenziya almaq üçün 150 manat ödəməyə ehtiyac olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR