Tanınmış aktyor: "Toya gedirəm qoyun verirlər, vergi ödəyim?"

Tanınmış aktyor: "Toya gedirəm qoyun verirlər, vergi ödəyim?"
14:19 22 Dekabr 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

“Əgər kimsə toya getdiyimə görə, mənə qoyun, kostyum, maşın bağışlayırsa, bunun vergiyə nə dəxli var?”

Lent.az-ın big.az-a istinadən verdiyi məlumata görə, bu sözləri tanınmış aktyor Qorxmaz Əlili deyib: “Toya gedirəm əvəzində qoyun verirlər. Niyə qaldırdılar axı bu vergini? Mən əziyyət çəkirəm. Həyatımda 100 min pulu bir yerdə görməmişəm. Sənətimdən pul qazanıram düzdür, 3 -4 min, maksimum 5 min... 5 min qazancımdan 4 faiz vergi verirdimsə, indi 6 faiz verməliyəm. Sən bu oxuyan üçün toy tutmusan vergini qaldırırsan? Yoxsa sən oxuyursan, sən əziyyət çəkirsən? Sən bu oxuyan üçün kostyum tikdirirsən, yoxsa reklamı ilə məşğulsan? Axı mən bəzən toylara havayı gedirəm. Havayı getdiyim toya görə vergimi ödəməliyəm? Əgər kimsə toya getdiyimə görə mənə qoyun, kostyum, maşın bağışlayırlarsa, bunun vergi nə dəxili var?”

Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən müğənnilərin vergi ödəmələri ilə bağlı yeni qaydalar açıqlanıb. Yeni qaydalara əsasən, bundan sonra müğənnilər toy, tədbirlərdən qazandıqları vəsaitin bir hissəsini vergi şəklində dövlət büdcəsinə ödəyəcəklər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR