Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xınalıq yolunda qar uçqunu: yol bağlandı

Date: 22 December 2015 14:24

Bu gün Quba - Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.


Tags:  Xınalıq yolunda qar uçqunu yol bağlandı

RƏYLƏR


Top news