Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yunanıstandan Fələstinə jest (FOTO)

Yunanıstandan Fələstinə jest (FOTO)

Date: 22 December 2015 14:26

Yunanıstan parlamenti tarixi qərara verib. ANS PRESS-in "Anadolu" agentliyinə istinadla verdiyi məlumata görə, bu ölkə Fələstini dövlət olaraq tanımağa qərar verib.

Parlamentin bu qərarı Yunanistanın Fələstini rəsmən tanıması yönündə hökumətə tövsiyyə xarakteri daşıyır.

Bu barədə layihəni parlamentı məclis rəhbəri Nikos Vuçis təqdim edib. Onun təqdim etdiyi tövsiyyə qərarı səs çoxluğu ilə qəbul edilib.

Səsverməni baş nazir Aleksis Çipras ilə birlikdə parlamentə gələn Fələstin dövlət başçısı Mahmud Abbasın da izləyib.
M.Abbasın səfəri iki günlük olub.

Qərarın bir nüsxəsi Yunanıstan parlamentinin spikeri Nikos Vuçis tərəfindən Mahmud Abbasa təslim edilib.

M.Abbas, Afinada Yunanıstan baş naziri Aleksis Çiprasla görüşdən sonra mətbuata açıqlama verib. O, bildirdi ki, 2016-cı ildə Fələstin dövləti öz adına pasportlar buraxacaq.



Çipras bundan sonra Yunanıstan rəsmi yazışmalarında “Fələstin rəhbərliyi" əvəzinə “Fələstin” terminini istifadə ediləcəyini bildirib. O, həmçinin ölkəsinin 1967-ci il sərhədləri daxilində Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasının tərəfdarı olduğunu da vurğulayıb.



Fələstinin Çin , Rusiya , Hindistan və Türkiyə tərəfinin də daxil olduğu 100 dən çox ölkə tərəfindən müstəqilliyi tanınmaqdadır.



İsveç parlamenti 30 oktyabr 2014-cü il tarixində Fələstin dövlətini rəsmi olaraq tanıyıb. BMT-də edilən səsvermədən sonra Vatikan bayrağı ilə yanaşı Fələstin bayrağı da qurumun binası qarşısında digər ölkələrin bayraqları arasında dalğalanır.

Tags:  Yunanıstandan Fələstinə jest FOTO


RƏYLƏR


Top news