Türkiyə parlamentinin sədri: "Azərbaycanla strateji əməkdaşlığımız var"

Türkiyə parlamentinin sədri: "Azərbaycanla strateji əməkdaşlığımız var"
14:27 22 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ "Yüksək vəzifəyə təyin edildikdən sonra bizim ilk səfərimizi Azərbaycana etməyimiz ənənəyə çevrilib".
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman onun şərəfinə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən nahar yeməyində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında qardaşlıq münasibətləri və strateji əməkdaşlıq var. İ.Kahraman dünən yanaşı dəfn edilən Türkiyə və Azərbaycan şəhidlərinin məzarını ziyarət etdiyini də qeyd edib.
İqtisadi əlaqələrdən danışarkən spiker bildirib ki, iki ölkə investisiya səviyyəsini 15 milyard dollar həddinə çatdırmağı planlaşdırır. O, eyni zamanda Azərbaycanda 2665 türkiyəli iş adamının fəaliyyət göstərdiyini və onların bir sıra əhəmiyyətli irimiqyaslı layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiye-parlamentinin-sedri-azerbaycanla-strateji-emekdasligimiz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR