Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Apple" cərimə ödəyəcək

"Apple" cərimə ödəyəcək

Apple launches Support App for iPhone and iPad users (10 November 2016 12:34)

Date: 22 December 2015 14:32

"Apple" ilə "Ericsson" arasında yaranan patent mübahisəsi "Ericsson"un xeyrinə olub.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, "Apple" hər satdığı məhsuluna görə "Ericsson"a müəyyən miqdarda pul ödəməli olacaq.

35000-dən çox dünyanın ən çox patentə sahib olan şirkətlərindən biri "Ericsson" "Apple"ın istehsal etdiyi "iPhone" və "iPad"-larda şirkətə məxsus 41 patentin icazəsiz istifadə olunduğunu bildirmişdi.

Bu iddialardan  sonra məhkəmənin "Apple"ın əleyhinə olması ilə "Apple" gələcək 7 il ərzində satdığı hər "iPhone" və "iPad" məhsulu üçün ödəməni qəbul edib.

"Apple"ın bu satışlarından əldə etdiyi gəlirin təxminən yüzdə 5 hissəsinin "Ericsson"a ödəməsinə qərar verilib.

Bu kimi patent və lisenziya müqavilələrindən olduqca yüksək məbləğdə pullar qazanan "Ericsson" şirkəti 2015-ci ildə patentlərdən təmin etdiyi gəlirini 1.6 milyard dollar edib.

Milli.Az


Tags:  Apple cərimə ödəyəcək



RƏYLƏR


Top news