Təcrid olunmuş Ermənistan xilaskar axtarışında

Təcrid olunmuş Ermənistan xilaskar axtarışında
14:37 22 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyanı təcrid etməklə hədələdi (12 Aprel 2017 07:23)

"İpək Yolu" üzrə iqtisadi zolağın yaradılması layihəsinin reallaşmağa başlaması qonşu ölkənin siyasi dairələrində narahatlıq yaradıb. Analitiklər və ekspertlər Ermənistanın həmin nəhəng layihədən kənarda qalmasının səbəblərini axtarır, müxtəlif fikirlər söyləyirlər. Onların sırasında daha çox rast gəlinən İrəvanın yarıtmaz xarici siyasət yürütməsinin qeyd olunmasıdır. Ölkənin öz suverenliyini təmin edə bilmədiyi və rəsmi dairələrin müstəqil qərarlar qəbul etmək iqtidarında olmadığı ayrıca vurğulanır. Maraqlıdır ki, erməni ekspertlər cəmiyyətin də kölə psixologiyasından xilas olmadığından danışırlar. Bunların da nəticəsi olaraq Ermənistanın beynəlxalq layihələrə qatılması şansının minimuma bərabər olduğu barədə fikirlər səsləndirilir.

"İpək Yolu"nun kənarında: rəsmi İrəvanın göz yaşları

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Çinə son səfərinin nəticələri Cənubi Qafqazın geosiyasi dinamikasına artıq ciddi təsir göstərməkdədir. Bölgə ölkələrinin rəsmi dairələri bu hadisəyə reaksiya verirlər. Ermənistan isə daha həssas münasibət göstərib. Ermənilər həyəcanlıdırlar və narahatlıqlarını müxtəlif formada bildirirlər. Onlar özləri də yeritdikləri siyasətin real məzmununu anlamaq iqtidarında deyillər. Bu baxımdan onların narahatlığı başadüşüləndir. İndi keçirdikləri qorxu və təlaş hissləri də məhz bu birtərəfli düşüncə tərzi ilə bağlıdır.

Ermənistanın "İpək Yolu" layihəsindən kənarda qalmasının konkret səbəblərini təhlil etməzdən öncə bir məqamı vurğulamaq istərdik. Prezident İlham Əliyevin Çinə səfəri olduqca səmərəli olub və bütövlükdə Cənubi Qafqaz regionunun siyasi-iqtisadi və geosiyasi həyatına ciddi təsir göstərməkdədir. Erməni ekspertlər aşkar və ya qeyri-aşkar şəkildə bunu etiraf edir, bunun fonunda isə Serj Sarkisyanın həyata keçirdiyi siyasətin yarıtmazlığını vurğulayırlar. Məsələn, konstitusiya islahatlarına dair referendumdan sonra rəsmi İrəvana iradlar bildirilir. Eyni zamanda, Azərbaycanın xarici siyasətdə qazandığı nailiyyətlər Ermənistan rəhbərliyini hakimiyyətdə qalmaq üçün müxtəlif vasitələrə əl atmağa təhrik edir (bax: məs., Акоп Бадалян. Серж Саркисян начинает / "Lragir.am", 15 dekabr 2015).

Erməni ekspertlər onu da israrla vurğulayırlar ki, ölkənin təcrid olunmasının əsas səbəblərindən biri İrəvanın yanlış xarici siyasətidir. Bu, maraqlı məqamdır, çünki indiyə qədər ermənilər bütün bəlaların baiskarı kimi Azərbaycan və Türkiyəni ittiham edirdilər. Görünür, artıq həqiqəti etiraf etmək vaxtı çatıb. Erməni siyasi şüurunun nə dərəcədə bu məsələdə davamlı olacağını zaman göstərəcək.

"İpək Yolu" layihəsi isə artıq həyata keçməyə başlayıb. Çinin uzaq əyalətindən başlayan marşrut Mərkəzi Asiya ölkələrindən keçməklə Azərbaycan və Gürcüstan vasitəsi ilə Türkiyəyə uzanır, oradan da Avropa dövlətlərinə istiqamətlənir. Çindən İstanbula yük qatarı 14-15 günə çatır ki, bu da gəminin sərf etdiyi vaxtdan 3 dəfə azdır. Göründüyü kimi, Ermənistan bu marşrutdan kənarda qalır. Onun bura qoşulması üçün isə yeganə şərt işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir. Doğrudur, erməni ekspertlər alternativ marşrutların işə salınması ehtimalından yazırlar.

Məsələn, onlar Çin-Türkmənistan-İran xəttinin işə salınmasının mümkünlüyünü qeyd edirlər (bax: Армения останется в стороне, если не присоединиться к железнодорожному проекту "Шелковый путь" / "Lragir.am", 14 dekabr 2015). Lakin erməni ekspertlər iki mühüm faktoru unudurlar.

Onlardan birincisi Azərbaycanla Çinin bir-birinin ərazi bütövlüyünü tanıması haqqında razılığa gəlmələridir. Pekin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həllinə tərəfdardır. Bakı isə "Vahid Çin" prinsipini qəbul edir. Çətin ki, tərəflərdən hansısa bu razılaşma çərçivəsindən kənara çıxmaq istəsin.

İkincisi, erməni ekspertlərin özləri xüsusi vurğulayırlar ki, Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, Moskvanın icazəsi olmadan İrəvanın istənilən böyük beynəlxalq layihəyə qoşulması mürəkkəb məsələdir (bax: məs., Наира Айрумян. Армения теряет последний шанс / "Lragir.am", 14 dekabr 2015). Çinin həyata keçirdiyi "İpək Yolu" layihəsinin marşrutu isə Rusiya ərazisinə düşmür. Bu səbəbdən, çətin ki, Kreml özündən asılı olan Ermənistanın bu işdə iştirak etməsinə razı olsun.

Digər tərəfdən, Ermənistan yalnız İran vasitəsilə həmin layihəyə qoşula bilər. Bunun üçün iki ölkə arasında dəmiryolu xətti çəkilməli, əlavə olaraq Gürcüstanın razılığı alınmalıdır. Bir tərəfdən Moskva İran-Ermənistan əlaqələrinin dərinləşməsinə qısqanclıqla yanaşır, digər tərəfdən də Gürcüstan istər-istəməz Türkiyə və Azərbaycan faktorunu nəzərə almalıdır. Bunlar rəsmi İrəvanın "İpək Yolu" layihəsində iştirak şansının minimum olduğunu göstərir.

Xəbərdarlıq: xarici siyasətini müstəqilləşdir!

Son zamanlar Ermənistan KİV-də ABŞ-ın İrəvana təzyiq göstərməsi haqqında tez-tez məlumatlar yayılır. Ölkə konstitusiyasına dəyişikliklərə dair referendumdan sonra bu, daha qabarıq surətdə özünü göstərir. Ekspertlər Vaşinqtonun həmin addımının arxasında ilk növbədə İrəvanın müstəqil xarici siyasət yeritməməsinin dayandığını vurğulayırlar (bax: "168 Жам": почему США угрожают Армении санкциями? / "1in.am", 15 dekabr 2015).

Şübhəsiz ki, Qərbin Ermənistana münasibətində bu faktor ciddi rol oynayır. ABŞ artıq İrəvanın Rusiyadan tam asılı siyasət yeritməsinin regiondakı maraqlarına mane olduğunun fərqindədir. Xüsusilə referendumun nəticələrinin Serj Şarkisyanın xeyrinə saxtalaşdırılması bu vəziyyətin uzun müddət qala biləcəyinə işarədir. Həmin səbəbdən ABŞ-ın Ermənistandakı səfirliyi rəsmi İrəvana öz etirazını bildirib (bax: Посольство США предупреждает / "Lragir.am", 14 dekabr 2015).

Belə çıxır ki, Ermənistanın xarici siyasət kursu dalana dirənib. Artıq onun əvvəlki kimi manevr etmək imkanları yoxdur. Ekspertlər də məsələnin bu tərəfini ayrıca vurğulayırlar. Onlar rəsmi İrəvanın erməni xalqını öz xarici siyasətinin qurbanına çevirdiyini yazırlar. Bu aspektdə A.Qaqriyanın aşağıdakı fikirlərinin həqiqəti müəyyən dərəcədə əks etdirdiyini demək olar.

O vurğulayır: "...Rusiyanın təcrid siyasəti ona gətirib çıxardı ki, Ermənistan bütün regional layihələrdən kənarda qaldı. Ermənistan Rusiya ilə bir çox sənəd imzalayıb ki, onlar "üçüncü ölkələrlə" əməkdaşlığı məhdudlaşdırır. Bu, necə deyərlər, məsələnin obyektiv tərəfidir, ancaq suveren xarici siyasətin və müstəqil qərar qəbul etmənin yoxluğundan qaynaqlanan dərin problemlər də vardır..." (bax: Айказн Гагриян. Китайский вызов Армении / "Lragir.am", 15 dekabr 2015). Əlbəttə, reallığı nəzərə almadan, əsassız ambisiyalara uyaraq birtərəfli siyasət yeritməklə heç bir uğur əldə etmək mümkün deyildir.

Rəsmi İrəvanın yürütdüyü xarici siyasətin bundan az olmayan zərəri cəmiyyətin ictimai şüurunda baş verən mənfi dəyişikliklərlə bağlıdır. Belə ki, ekspertlər erməni cəmiyyətinin suveren olmaq qabiliyyətini itirdiyini qeyd edirlər. İllərlə güc hesabına yeridilən ideologiya insanların dəyərlər sistemini təhrif edib, ictimai-siyasi həyat dinamikadan düşüb. Korrupsiya isə vətəndaşların dövlətə olan inamını heçə endirib. Ermənistan cəmiyyəti sosial ədalətin bərqərar olacağına inamını itirib. A.Qaqriyan qeyd edir ki, bunlar cəmiyyətin keyfiyyətinə mənfi təsir göstərib, onun dövlətlə bir yerdə müstəqil qərar qəbul etmək imkanlarını minimuma salıb. Kifayət qədər suverenlik səviyyəsi və müstəqil qərar qəbul etmək qabiliyyəti olmayan bir ölkəni isə qlobal kommunikasiya və beynəlxalq layihələrə daxil edə bilməzlər (bax: əvvəlki mənbəyə).

Bizcə, indi Ermənistanın qarşılaşdığı çətinliklərin kökündə başqaları ilə yanaşı, məhz bu məqam durur. Maraqlıdır ki, bunu erməni analitik və ekspertlər yalnız indi etiraf edirlər. Halbuki illərdir müxtəlif səviyyələrdə mütəxəssislər bu barədə fikir bildirirdilər. Görünür, artıq Ermənistan cəmiyyəti də siyasi saxtalıqların "doyma nöqtəsi"nə çatıb. Bu məqamda Qərb üçün də əhəmiyyəti olan bir faktoru yada salmaq istərdik.

Uzun illərdir ki, Qərbin siyasi institutları, beynəlxalq təşkilatları, insan haqları və demokratiyanın vəziyyətini "araşdıran" mərkəzlər hesabatlarında Ermənistanda vəziyyətin daha yaxşı olduğu barədə pafoslu fikirlərə yer verirdilər. İndi isə hətta rəsmi səviyyədə bəyan edirlər ki, Ermənistanda demokratiya, insan haqları, seçki hüququ ilə bağlı vəziyyət acınacaqlıdır. ABŞ-ın bu ölkədəki səfirliyi verdiyi bəyanatda həmin məqama toxunub (bax: Посольство США предупреждает / "Lragir.am", 14 dekabr 2015).

Görəsən, Qərbin siyasi dairələri ikili standartlar siyasətinin bu cür ziddiyyətlərindən ibrət dərsi götürürlərmi? Azərbaycanla bağlı bir-birinin ardınca tərtib etdikləri həqiqətdən uzaq müddəalarla dolu sənədlərə bir nəzərə salıb, hansı hissləri keçirirlər? Qərbin böyük ehtiyacı olduğu "İpək Yolu" ilə "ikili standartlar yolu" nə dərəcədə bir-birini tamamlayır? Gərək ki, bu cür suallar Vaşinqtondan tutmuş Pekinə qədər çoxlarını düşündürsün!

Newtimes.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

PSJ bu titulunu qorudu - VİDEO

28 May 2017 09:18

Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu

28 May 2017 09:17

Qubada çayxana yandı

28 May 2017 09:13

Bakıda 4 dəmir köşkü yandı

28 May 2017 09:12

Mərakeşdə 20 nəfər saxlanılıb - Milli təhlükəsizlik səbəbindən

28 May 2017 09:12

Ankarada Qarabağ Parkı açıldı - FOTOLAR

28 May 2017 09:08

Belqradda güclü partlayış: ölən və yaralananlar var

28 May 2017 09:05

“Borussiya Dortmund” Almaniya Kubokunun qalibi olub

28 May 2017 09:02

Qubada çayxanada yanğın olub

28 May 2017 08:50

"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"

28 May 2017 08:47

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

28 May 2017 08:42

Polşa çempionatında MÖCÜZƏ-QOL - Hakim hara baxırdı? - VİDEO

28 May 2017 08:03

Xamenei: “Səudiyyə Ərəbistanının başında “ləyaqətsiz insanlar” durur”

28 May 2017 07:57

ABŞ-da təyyarə qəzası: ölənlər var Подробнее на ТАСС: http://tass.ru/proisshestviya/4288572

28 May 2017 07:43

Ramazanda bədəninizi susuz qoymayın!

28 May 2017 07:38

Belqradda partlayış baş verib

28 May 2017 07:32

Yeni kolleksiya - FOTO

28 May 2017 07:32

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42