Ələsgər Məmmədoğlunun xanımından etiraz: "Yalan deyirlər"

Ələsgər Məmmədoğlunun xanımından etiraz: "Yalan deyirlər"
14:42 22 Dekabr 2015
1203 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib. Mərasim aktyorun Süleyman Sani Axundov, 4 ünvanındakı ("Bolluq bazarı" ilə üzbəüz) evində təşkil olunub. Vida mərasimində aktyorun sənət yoldaşları iştirak ediblər.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, ailəsi aktyorla vida mərasiminin çalışdığı Azərbaycan Dövlət Dram Teatrında təşkil olunmamasından narazılıq edib. Xanımı Nazilə Mənsimova deyib ki, bununla bağlı nə Mədəniyyət və Turizm Nazirliyindən, nə də Azdrama rəhbəriyindən təklif gəlib: "Ələsgərin arzusu o idi ki, vida mərasimi Azdramada olsun. Kim deyirsə, ailəsi razı olmayıb, yalan deyir".

Günorta saatlarına mərhumla vida mərasimi başa çatıb. Aktyorun nəşi alqış sədaları altında son mənzilə yola sallnıb.

Qeyd edək ki, aktyor "Qurd qapısı" qəbristanlığında, atasının yanında dəfn ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/392236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR