Ad günündən sonra faciə: rəqsə görə başını kəsdi

Ad günündən sonra faciə: rəqsə görə başını kəsdi
14:57 22 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə 46 yaşlı Niyazi Yanar əmisi oğlu Ali İhsan Yanarı döyüb, sonra da başını kəsib.
Milli.Az Sabah-a istinadən bildirir ki, olay Aydın vilayətinin Efeler rayonunda yaşanıb.
Niyazi Yanar 5 il əvvəl imam nikahı ilə evləndiyi xanımı, 46 yaşhlı Ş.Ç. ilə birlikdə məhəllədəki qonşuları Ahmet Bayın qızının ad gününə yollanmışdı.
Ad gününə Niyazi Yanarın əmisi oğlu Ali İhsan Yanar da qatılmışdı. 
Gecəyarıyadək davam edən ziyafətdə içib sərxoş olan Niyazi Yanar siqaret çəkmək üçün həyətə çıxıb. Qayıdanda isə o, arvadının əmisi oğlu ilə rəqs etdiyini görüb.
Qısqanc ər mübahisəyə başlayıb. Onları aralayıblar. 
Ad günü başa çatandan sonra Niyazi Yanar əmisioğlunu "söhbət" üçün Ilıcabaşı məhəlləsində evlərin arxasındakı meydançaya çağırıb. 
Burada yenidən mübahisə başlayıb və Niyazi Yanar əmisioğlu Ali İhsan Yanarı döyüb, sonra başını kəsib.
"Əmim oğlu əvvəllər də toyda arvadıma sataşmışdı. İndi də əl-qol atdı, tərbiyəsizlik etdi. Mən də hirsləndim. Peşmanam", - Niyazi Yanar deyib.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR