Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ançelotti "Bavariya"ya şərt qoydu

Ançelotti "Bavariya"ya şərt qoydu

Date: 22 December 2015 15:05

"Bavariya"nın gələcək baş məşqçisi Karlo Ançelotti komandanın aparıcı hücumçusu Robert Levandovskinin "Real"a satılmasına tərəfdar deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis bir neçə şərtlə "Bayern"də işləməyə razı olub ki, bunlardan biri də Levandovskinin Münhen klubunda qalmasıdır. Eyni zamanda polyak hücumçunun müqaviləsinə görə, onunla maraqlanan klublar yalnız "Bayer"lə əlaqə yarada bilər.
Levandovskinin "Bavariya" ilə cari müqaviləsi 2019-cu ildə başa çatacaq. O, ildə 10 milyon avro məvacib alır. Daha öncə "Real"ın polşalı forvarda 12, PSJ və "Mançester Yunayted"in isə 15 milyon illik məvacib ödəməyə hazır olduğu deyilirdi.

Milli.Az


Tags:  Ançelotti Bavariyaya şərt qoydu

RƏYLƏR


Top news