Tbilisidə polis UEFA məmurunu öldürdü

Tbilisidə polis UEFA məmurunu öldürdü
15:05 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

UEFA-nın milli futbol assosiasiyaları ilə əlaqələr üzrə meneceri David Petriaşvilini bu gün Tbilisidə maşın vurub.

Milli.Az Gürcüstan Futbol Federasiyasının saytına istinadən bildirir ki, 46 yaşlı UEFA məmurunu polis maşını vurub. 
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
D.Petriaşvilinin atası, Tbilisi "Dinamo"sunun heyətində 1964-cü ildə SSRİ çempionu olmuş Quram Petraişvilini də 2002-ci ildə avtomobil vurmuşdu. O, qəzada həlak olmuşdu.
D.Petriaşvili son illər İsveçrədə yaşayır, UEFA-nın mənzil-qərargahında çalışırdı.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR