Elnarə əsəbləşdi: "Mənə zülm eləməyin burada"

Elnarə əsəbləşdi: "Mənə zülm eləməyin burada"
15:12 22 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Elnarə Xəlilova yaman əsəbləşib. 

Milli.Az big.az-a istinadən ifaçının qınağına tuş gələn səbəbləri oxuculara təqdim edir:

"Yəqin, dünəndən bu pis xəbərə hamı üzülüb. Amma bir çoxlarınızın sadəcə bu şəkli repost edib öz səhifəsində paylaşması əvəzinə mənim yazdıqlarımda səhv axtarması məni çox üzür. Budur mənim millətim? Bu qədər cahil, savadsız və aqressiv? Axı biz belə deyildik. Nə oldu sizə? Dollar qalxdı? Cəhənnəmə qalxdı! Manat öldü. Allah rəhmət eləsin! Bir az əsəblərinizə hakim olun. Hə, bəsdir, bəsdir. Bəsdir, öz gözünüzdə ağacları görməyib başqasının gözündə çöp axtardınız. Bəsdir, İnstagram-da pulsuz korrektor işlədiniz. Sizin başqa işiniz-gücünüz yoxdur səhv tutmaqdan savayı? Bəli, məhz yazıq. Çünki sağlığında ona qiymət vermək lazım idi. Bəli, bu da getdi. Çünki belə sənətkarları cansız əşya kimi aparıb xəstəxanaya tullamaqla məsələ həll olmur. İnsanın sağlığında qayğısına qalmaq lazımdır. Canını qurtardı getdi yazıq. Allah bəndəsinə heç vaxt zülm eləmir. Bəndə bəndəyə zülm edir. Siz də mənə zülm eləməyin burada. Ürəksiz korrektorlar". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR