Növbəti “yaşıl dağ” Bərdədə yaradılıb

Növbəti “yaşıl dağ” Bərdədə yaradılıb
15:13 22 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 22 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dekabrın 22-də İDEA İctimai Birliyi, “ASAN xidmət” və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə Bərdə “ASAN xidmət” mərkəzində “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev layihənin mahiyyətindən və əhəmiyyətindən danışıblar. Bildirilib ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilib.
Aksiya zamanı Yevlax, Bərdə, Ağdam və Tərtər rayonlarından toplanan 65 ton kağızdan simvolik dağ yaradılıb.
Sonda kağız tullantılarının toplanmasında fəallıq göstərən rayonların nümayəndələri, həmçinin ən fəal iştirakçılar diplomla təltif olunub.
Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası bundan əvvəl Sumqayıt və Sabirabad “ASAN xidmət” mərkəzlərində keçirilib. Layihə çərçivəsində indiyədək 200 tona yaxın kağız tullantısı toplanaraq təkrar emala verilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Novbeti_yasil_dag_Berdede_yaradilib-913293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR