Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək

15:17 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Nəqliyyat Nazirliyindən "Report"a daxil olan xəbərə görə, iclasda qurumun rəhbəri Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək. 
Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunacaq. 
Yekun olaraq Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Tehran toplantısının yekun bəyanatının qəbul olunması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanli-naziri-xezeryani-olkelerin-neqliyyat-nazirlerinin-3-cu-iclasinda-istirak-edecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR