“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıb

“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıb
15:18 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Şirkətdən Trend-ə verilən məlumata görə, mobil operator Olimpiya, dünya və Avropa oyunları kimi müxtəlif beynəlxalq yarışların qaliblərini yetişdirmiş idman klubunun rəsmi tərəfdaşı oldu.

Özünün baslıca dəyərlərindən olan komanda işi və əməkdaşlıq prinsipini əldə rəhbər tutan “Nar” idmanın inkişafına xüsusi önəm verməyə davam edir.

30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirən “Rabitə” idman klubunun yetişdirməsi olan Azərbaycan idmançıları Olimpiya oyunları, Dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atmışlar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2010-cu ildə təsis edilmiş “Rabitə” idman klubunun yeniyetmə, gənc və böyüklərdən ibarət boksçuları 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə 77-si qızıl, 57-si gümüş və 103-ü bürünc olmaqla, 237 medal qazanaraq yüksək nəticə göstərmişlər.

Bu il Bakıda keçirilmiş ilk Avropa oyunlarının yeganə telekommunikasiya tərəfdaşı olmuş “Nar” hər zaman müxtəlif idman növlərinin inkişafına öz töhfəsini verir və vacib idman yarışlarının dəstəkçisi qismində çıxış edir. Qələbələrlə zəngin tarixi olan və Olimpiya oyunları kimi mötəbər idman yarışlarının qaliblərini yetişdirən “Rabitə” idman klubu ilə əməkdaşlıq məhz bu strategiyanın davamıdır.

“Nar” milli idmanı dəstəkləməyə davam edir və Azərbaycan idmançılarının ən yüksək zirvələri fəth edəcəklərinə inanır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2472658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR