Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?
13:51 30 Dekabr 2014
85 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi arabir güclənəcək.

Abşeron yarımadasında temperatur dekabrın 30-da gecə 4-7, dekabrın 31-də günün birinci yarısında 7-9, axşama doğru 2-4 dərəcə isti olacaq.

Dekabrın 31-i rayonlarda da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam əsasən şimal və şərq rayonlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi ehtimal olunur. Qərb küləyi Kür vadisi rayonlarında arabir güclənəcək.

Temperatur gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə və səhər 2 dərəcə şaxtadan 3 dərcəəyədək isti, bəzi yerlərdə 5 dərcəyədək isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=317130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR