Felipe Melo və Edin Ceko cəzalandırıldı

"İnter"in yarımmüdafiəçisi Felipe Melo 3 oyunluq diskvalifikasiya olunub.

Metbuat.az-ın məlumatına görə, buna braziliyalı futbolçunun "Latsio" ilə görüşdə ayağı ilə Lukas Biqliyanın çiyninə zərbə endirməsi səbəb olub.

Melo ilə yanaşı, "Roma"nın hücumçusu Edin Ceko da cəzalandırılıb. Bosniyalı futbolçu "Cenoa" ilə oyunda baş hakim Andrea Jervasoninin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 2 matçlıq diskvalifikasiya olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR