Şərqşünaslıq institutunun əməkdaşlığı genişlənir

Şərqşünaslıq institutunun əməkdaşlığı genişlənir
15:23 22 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Gürcüstanın Tbilisi Dövlət Universiteti nəzdindəki Şərqşünaslıq İnstitutunun direktoru, akademik Apolon Sitaqadze və professoru Nino Ejibadze AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüblər.
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində keçirilən görüşdə institutların direktorları rəhbərlik etdikləri elm müəssisələrinin strukturu, fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat veriblər.
Sonra iki institut arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serqsunasliq_institutunun_emekdasligi_genislenir-913296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR