Sungşin Qadınlar Universitetinin nümayəndə heyəti BSU-da olub

Sungşin Qadınlar Universitetinin nümayəndə heyəti BSU-da olub
15:28 22 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Koreya Respublikasının Sungşin Qadınlar Universitetinin rektoru Hva-jin Shimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, A.Hacıyev universitetin tarixi, fəaliyyəti, xarici universitetlərlə əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, BSU-da koreyalı tələbələr təhsil alır. Onlar qafqazşünaslığı, o cümlədən azərbaycanşünaslığı öyrənməyə böyük maraq göstərirlər. Rektor BSU-da fəaliyyət göstərən multikulturalizm kafedrası, universitetin həyata keçirdiyi mühüm layihələr, beynəlxalq konfranslar, habelə BSU-nun Şərqi Avropa, slavyan ölkələri ilə sıx əməkdaşlığından söz açıb.
Sungşin Qadınlar Universitetinin rektoru Hva-jin Shim rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirilib ki, Sungşin Universiteti böyük tələbə kontingentinə malikdir. BSU-nun fəaliyyətini yüksək qiymətləndirən qonaq bu ali təhsil müəssisəsi ilə gələcəkdə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayıb.
Sonra Sungşin Qadınlar Universiteti barədə videomaterial təqdim olunub.
Görüş çərçivəsində nümayəndə heyəti BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri ilə də tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sungsin_Qadinlar_Universitetinin_numayende_heyeti_BSU_da_olub-913299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR