ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raketini uğurla yerə endirib

ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raketini uğurla yerə endirib
15:32 22 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ "Falcon 9" raketinin ilk hissəsi Kanaveral burnunda xüsusi meydana şaquli eniş edib. "Report" xəbər verir ki, bu, raketin yerə ilk uğurlu enişidir. Ötən dəfə dəniz platformasında enişə cəhd edərkən raket yan tərəfi üstə düşmüş və partlamışdı.
Raket orbitə 11 kommersiya telekommunikasiya rabitə peyki çıxarıb.
Qeyd edək ki, bu, "Falcon 9"un iyunun 28-də baş verən qəzadan sonra ilk buraxılışı idi. 6 ay əvvəl raket "Dragon" yük qoşqusu ilə havaya qalxdıqdan azacıq sonra partlamışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/amerikanin-spacex-sirketi-falcon-9-raketini-ugurla-yere-endirib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR