Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Prezident mənə yüksək səviyyədə qiymət verdi"

"Prezident mənə yüksək səviyyədə qiymət verdi"

Date: 22 December 2015 15:36

Əməkdar artist Cavan Zeynallı prezident İlham Əliyev tərəfindən ona fərdi təqaüdün verilməsinə münasibət bildirib.

Axşam.az-ın musavat.com-a istinadən xəbərinə görə, əməkdar artist sevincli və həyəcanlı olduğunu qeyd edib:

"Təqaüd xəbəri məni çox sevindirdi. Allah prezidentimizin canını sağ eləsin. Prezident mənə yüksək səviyyədə qiymət verdi. Çox sevincli və həyəcanlıyam. Mənə təqaüd ayrılacağını bilmirdim, gözlənilməz oldu. Təşəkkür edirəm".

Qeyd edək ki, prezident İlham Əliyev Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla C.Zeynallıya Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Tags:  Prezident mənə yüksək səviyyədə qiymət verdi

RƏYLƏR


Top news