​Bakıda ən çox qəza baş verən prospektlərin adları açıqlanıb

15:37 22 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

“Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol nəqliyyat hadisələri əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib: “Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tiblisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz , piyadaların vurulması 50,6 faiz təşkil edib”.
Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16359 sürücü, eləcə də avtoxuliqlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-en-cox-qeza-bas-veren-prosoektlerin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR