Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fuad Qəhrəmanlı ekspertiza rəyləri ilə tanış olmaqdan imtina edib

Fuad Qəhrəmanlı ekspertiza rəyləri ilə tanış olmaqdan imtina edib

Date: 22 December 2015 15:37

Nardaran hadisələri ilə bağlı dövlət əleyhinə iğtişaş törətməyə çağırışda təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bu gün saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.

Bu barədə Trend-ə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, eyni vaxtda F.Qəhrəmanlı ilə görüşə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Pərviz İbayev də gedib: "Fuad Qəhrəmanlının saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Onun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Yalnız ittihamları qəbul etmir".

Vəkil bildirib ki, müstəntiq Vüsal İbayev görüşdə F.Qəhrəmanlını istintaq materialları və Nardaran hadisələri ilə bağlı sosial şəbəkədə - Feysbuk-da - dövlət əleyhinə etdiyi çağırışların mətnlərinin ekspertiza rəyləri ilə tanış etmək istəyib. F.Qəhrəmanlı isə həmin rəylərlə tanış olmaqdan imtina edib.

Vəkilin sözlərinə görə, F.Qəhrəmanlı ailəsi ilə görüşmək istədiyini bildirib.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Milli.Az


Tags:  Fuad Qəhrəmanlı ekspertiza rəyləri tanış olmaqdan imtina edib


RƏYLƏR


Top news