Bakıda qəzalar daha çox nə vaxt və harada baş verir?

Bakıda qəzalar daha çox nə vaxt və harada baş verir?
15:47 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxt yollarında hərəkətinin təhlükəsizliyi məqsədi ilə yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlərin, eyni zamanda, təbliğat işinin aparılması nəticəsində ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu ilin əvvəllindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb:

"Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol nəqliyyat hadisələri, əsasən, günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib. Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tiblisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz, piyadaların vurulması 50,6 faiz təşkil edib.

Hesabat dövründə paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunub. Avtomobili sərxoş idarə etdiyinə görə 16359 sürücü, eləcə də avtoxuliqlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb".

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün  hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa dəvət edir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR