Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb

Azərbaycanlı atlet Avropa rekordu vurdu (24 Mart 2017 13:53)
Azərbaycanlı atlet Avropa rekordu vurdu (24 Mart 2017 12:52)
Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - Portuqaliyada (21 Mart 2017 09:43)

Tarix: 22 Dekabr 2015 16:07

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının cüdoçusu Rüstəm Orucov növbəti medalını qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı Portuqaliyanın “Sportinq” klubunun heyətində Avstriyanın paytaxtı Vyanada Qızıl Liqa turnirinin bürünc medalına sahib olub. 
Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” əvvəlcə Rusiyanın “Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Növbəti görüşündə Portuqaliya təmsilçisi Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə isə ev sahiblərinə – “Galaxy Tigers Vienna”ya 4:1 hesabı ilə qalib gələn Rüstəm Orucovun komandası bürünc medala yiyələnib. 

Teqlər:  Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb



RƏYLƏR


Top xəbərlər