Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran"ın geri dönüşü möhtəşəm olacaq"

"Xəzər Lənkəran"ın geri dönüşü möhtəşəm olacaq"

Date: 22 December 2015 16:12

"Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Osvaldo Joze Martins Junionyo (Juninyo) qaynar.info-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının fasiləsinə qələbə ilə yollana bilmədiniz. "Neftçi" ilə 1:1 oynadınız. Bunu ədalətli nəticə saymaq olar?
- Qələbə qazana bilərdik. Düzdür, 3 xal qazana bilmədik. Ancaq bu komandadan 1 xal götürməyimiz də bizim üçün yaxşıdır. Bu 1 xal bizə çempionatda medallar uğrunda mübarizədən qopmamağımıza imkan verir.

- Turnir cədvəlində V pillədəsiniz. Az büdcə ilə sonadək medallar uğrunda mübarizədə qalmağınız çətin olacaq...
- Əlbəttə, işimiz çətin olacaq. Ancaq hər oyunda xal qazanmaqla turnir cədvəlində irəliləmək istəyirik. Bizim öz ambisiyalarımız var. Ona görə də çempionatda çox şey etmək istəyirik.

- "Neftçi"yə qol vuranadək çox hücumameyilli oynayırdınız. Ancaq fərqləndikdən sonra daha çox müdafiəni düşünməyə başladınız. Razısınız bu fikirlə?
- Mən belə düşünmürəm. Biz hesabda irəli çıxdıqdan sonra da ön xətdə çıxış etdik. Sadəcə, əks-hücumdan qapımızda qol gördük. Bu mənim şəxsi fikrimdir.

- Belə meydançada oynamaq sizin üçün nə dərəcədə çətindir?
- Çox çətindir. Ancaq mən nə edə bilərəm ki? Əlimizdən başqa heç nə gəlmir. Çıxıb belə meydançada mübarizə aparmalıyıq.

- "Kəpəz"in qış fasiləsinədək çıxışını ümumilikdə necə qiymətləndirirsiniz?
- Mənə görə yaxşı çıxış etdik. Çempionatda debütant olduğumuzu nəzərə alsaq, istədiyimiz xalları qazandıq. Hazırda da göründüyü kimi, V pillədəyik. Qış fasiləsindən sonra da bu cür oynamalıyıq. Bu yolla istəyimizə çatacağıq.

- Azərbaycanda ilk klubunuz "Xəzər Lənkəran" olub. 2007-2011-ci illərdə orda çıxış etmisiniz. Ancaq bu komanda hazırda turnir cədvəlinin sonuncusu "Rəvan"la eyni qədər xal toplayıb. Sabiq komandanızın bu durumu sizi də məyus edirmi?
- Mənim bu komandaya qarşı çox hörmətim var. Bu komandanı çox sevirəm. Çünki orda çox yaxşı günlərim keçib. "Xəzər Lənkəran" mənə futbolda hər şeyi verib. İndi bu komanda yaxşı günlərini yaşamır. Ancaq inanıram ki, "Xəzər Lənkəran" geri dönüş edə biləcək. Yalnız vaxta ehtiyac var. Bilmirəm, komandanın uğursuz çıxışlarının əsl səbəbləri nədir?! Lakin mən düşünürəm ki, "Xəzər Lənkəran"ın geri dönüşü möhtəşəm olacaq.

Fanat.az

Tags:  Xəzər Lənkəranın geri dönüşü möhtəşəm olacaq

RƏYLƏR


Top news