Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Vergilər Nazirliyi: Şou-biznes nümayəndələrinə 750 min manat əlavə vergi hesablanıb

​Vergilər Nazirliyi: Şou-biznes nümayəndələrinə 750 min manat əlavə vergi hesablanıb

Date: 22 December 2015 16:12

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin oktyabr ayından indiyədək 1 000-dən artıq şou-biznes nümayəndəsinə 749,3 min manat əlavə vergi hesablanıb. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma İdarəsinin rəisi Fərid Cəbrayıl deyib.
İdarə rəisinin sözlərinə görə, bu vaxta qədər şou-biznes sahəsində çalışan 3 mindən artıq fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçib:
"Oktyabr ayından başlayaraq Vergilər Nazirliyi tərəfindən bu sahədə çalışan şəxslərə vergi öhdəliklərinə əməl olunmasının vacibliyi ilə bağlı xəbərdarlıq edilib. 2 942 vergi ödəyicisinə təqdim etdikləri bəyannamələrdəki uyğunsuzluqlarla bağlı bildiriş məktubları göndərilib və 1 000-dən yuxarı şəxsə 749,3 min manat əlavə vergi hesablanıb. Hazırda bu məbləğin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görülür. Borclu vergi ödəyiciləri vergi orqanlarına dəvət olunur, yaranmış vəziyyətin tezliklə aradan qaldırılması məqsədi ilə onlarla müzakirələr aparılır", - deyə İdarə rəisi qeyd edib.

Tags:  Vergilər Nazirliyi Şou-biznes nümayəndələrinə 750 min manat əlavə vergi hesablanıb

RƏYLƏR


Top news