Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə əlaqələri böyük sınaqlardan çıxıb

16:13 22 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Yaponiya səfirinin etimadnaməsini qəbul edib - FOTO (25 Aprel 2017 10:17)
İlham Əliyev Avstriyanın keçmiş prezidentini qəbul etdi (22 Aprel 2017 11:58)
İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib (22 Aprel 2017 11:54)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirdi. Bu ayın əvvəlində Baş nazir Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlətimizin başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə Prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırladı və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev bir daha qeyd etdi ki, dünyada Azərbaycan ilə Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlətimizin başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğuladı.

Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd etdi. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd etdi.

Prezident İlham Əliyev Türkiyənin G-20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirdi və Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu dedi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirdi.

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi.

Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu dedi. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğuladı. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmayıl Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğuladı. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İsmayıl Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrimin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söylədi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 109 il keçir

26 Aprel 2017 08:05

Trampdan yeni təyinat

26 Aprel 2017 08:05

Marsial "Lion"a maraqlıdır

26 Aprel 2017 07:57

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

26 Aprel 2017 07:53

"Vatanım sensin"də iki sürpriz ad - FOTO

26 Aprel 2017 07:52

Tanınmış yerli kişilər qadın olarsa... - FOTO

26 Aprel 2017 07:42

ABŞ bu gün qitələrarası ballistik raket atacaq

26 Aprel 2017 07:39

Qadın sərnişindən avtobusda GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO

26 Aprel 2017 07:38

"Liderlərimizi satmaq istəmirik"

26 Aprel 2017 07:37

Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

26 Aprel 2017 07:32

Piylənmə siqaretdən daha qorxuludur

26 Aprel 2017 07:23

Məşhur model toyunda Azərbaycandan geyindi - FOTO

26 Aprel 2017 07:22

Fransada miqrantlar dalaşdı

26 Aprel 2017 07:19

Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 07:17

"Mançester Yunayted"in növbəti transfer hədəfi

26 Aprel 2017 07:17

Cey Lonu bir də belə görün - FOTO

26 Aprel 2017 07:12

Çin öz istehsalı olan ilk təyyarə gəmisini suya buraxıb

26 Aprel 2017 07:07

Əlidən Nazla bağlı gözlənilməz qərar - VİDEO

26 Aprel 2017 07:05

Qapıçıdan möhtəşəm qol - VİDEO

26 Aprel 2017 07:03

“Maradona və Messidən güclü olmuşam” - Romario

26 Aprel 2017 06:59

Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

26 Aprel 2017 06:54

"Milan"a azarkeşlik edən slovakiyalı modelin ehtiraslı FOTOSESSİYASI

26 Aprel 2017 06:33

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya vəfat edib

26 Aprel 2017 06:32

Luna sima oldu - FOTO

26 Aprel 2017 06:32

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

26 Aprel 2017 06:14

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26 Aprel 2017 05:57

Məktəbli avtobusu qəzaya uğradı - 15 yaralı

26 Aprel 2017 05:48

Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib

26 Aprel 2017 05:42

Supermodellər bir arada - FOTO

26 Aprel 2017 05:32

Mosulda 15 dinc sakin öldürüldü

26 Aprel 2017 05:19

"İlk görüşdə yatağa girmirəm"

26 Aprel 2017 05:04

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26 Aprel 2017 04:57

Ağırlıqqaldırma ilə məşğul olan 16 yaşlı qız dünyasını dəyişdi

26 Aprel 2017 04:53

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18