Nargis Fund” və “Amapola Exclusive Events” xeyriyyə tədbirləri davam edir (FOTO)

Nargis Fund” və “Amapola Exclusive Events” xeyriyyə tədbirləri davam edir  (FOTO)
16:18 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fəvvarələr meydanında “Nargis Fund”un təşkilatçılığı və “Amapola Exclusive Events”in baş sponsorluğu ilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı Yeni il xeyriyyə yarmarkası davam edir.

Trend-in məlumatına görə, hər cümə, şənbə və bazar günləri olduğu kimi, dekabr ayının 18-i, 19-u və 20-də yarmarkada Amapola Exclusive Events-in təşkilatçılığı ilə uşaq evlərinin sakinləri üçün xüsusi əyləncəli proqram hazırlandı. Bu dəfə xeyriyyə aksiyamızın qonağı 3 nömrəli uşaq evinin və lal-kar uşaqlar üçün internatın kiçik sakinləri oldu. Onlar üçün cizgi filmi qəhrəmanlarının, DJ Shadow-un, Fiksiklərin, şou-men Kamran Razmovarın, sehrbaz Rasimin, Vüqarın və İlhamın, Black Zone rəqs qrupunun iştirakı ilə maraqlı şou – proqram təşkil olundu. Karuseldə əyləndikdən sonra uşaqlara “Fresh Catering” tərəfindən nahar verildi, daha sonra isə Aynur xanım uşaqları face-art ilə sevindirdi. Tədbirin sonunda uşaqlara “Olive Media”, “Nargis Fund”, “Amapola Exclusive Events”, “Zel Home” və “The Entertainer” mağazası tərəfindən hədiyyələr təqdim olundu.

Həftənin iş günlərində (bazar ertəsi – cümə) “Nargis Fund”-un əməkdaşları sponsorların dəstəyi ilə uşaq evlərinə və xəstəxanalara baş çəkirlər. Fond xəstə və internat evlərində böyüyən uşaqlar üçün əyləncə proqramı təşkil edir, onları müxtəlif Yeni il hədiyyələri ilə sevindirir, geyim və gigiyenik vasitələrlə təmin edir.

Аmapola Exclusive Events yarmarka iştirakçıları ilə birlikdə məhşur Azərbaycan yazarlarının iştirakı ilə ustad dərsləri və imza günləri keçirir. Bazar günü şairə Zəhra Bədəlbəyli və Əsli Dilbazinin imza günü keçirildi.

Bütün ay ərzində Amapola Exclusive Events şənbə və bazar günləri bakılılar və şəhərimizin qonaqları üçün əyləncəli axşam proqramı təşkil edir.

Şənbə günü yarmarkada Murad Dadaşovun aparıcılığı ilə məşhur müğənni Eminin avtoqraf sessiyası və möhtəşəm konserti keçirildi. Bazar günü isə Samira Allahverdiyeva, ABD Malik, Mikayıl Rəfiyev, Albina Pyakşeva, Naila İsmatulina, Jalə Kərimova və Dj Dess-in iştirakı ilə konsert proqramı baş tutdu. Gecənin aparıcısı Rüfət Ağayev idi. Proqramda Zel Home Yeni il hədiyyələri ilə tamaşaçıları sevindirdi.

Dekabr ayının 27-də "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının möhtəşəm bağlanış mərasimi olacaq.

Ənənəyə uyğun olaraq, “Soyuq əllər, İsti ürək” Yeni il xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2472708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR