Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhidlərin xatirəsinə ehtiram

Date: 22 December 2015 16:18


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Şəhidlər xiyabanını ziyarət edib.
Burada Əfqanıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Əfqanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Tags:  Şəhidlərin xatirəsinə ehtiram


RƏYLƏR


Top news