Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaricdə işə düzəlməyə vasitəçilik üçün lisenziya ləğv edilib

Xaricdə işə düzəlməyə vasitəçilik üçün lisenziya ləğv edilib

Date: 22 December 2015 16:24

 

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

 

İndiyə qədər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti üçün 2200 manat dövlət rüsumu ödənilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növü əksini tapmayıb.

 

Digər dəyişiklik isə qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlıdır. Azərbaycanda əmək fəaliyyəti sahəsində yeni qurum olacaq qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün 11000 manat dövlət rüsumu ödənilməklə Maliyyə Nazirliyindən lisenziya alınması tələbi qoyulmuşdu. Artıq bu sahədə də fəaliyyət üçün lisenziya tələb olunmayacaq.


Tags:  Xaricdə işə düzəlməyə vasitəçilik lisenziya ləğv edilib

RƏYLƏR


Top news