Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki qardaş xalqın dostluq rəmzi

İki qardaş xalqın dostluq rəmzi

Date: 22 December 2015 16:28


Moskva, 22 dekabr, AZƏRTAC
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrını 95 illik yubileyi münasibətilə təbrik edib.
Teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskiyə ünvanlanan məktubda qeyd olunur ki, Rus Dram Teatrı iki qardaş xalqın dostluq rəmzimə çevrilib. Məktubda deyilir: “Tteatr həvəskarlarının bir çox nəsillərinin həqiqi sevgisini qazanmış teatrınız milli mədəniyyətin qiymətsiz sərvəti, qüruru və şöhrətidir. Rus Dram Teatrı özünün çoxillik tarixində qardaş Rusiya və Azərbaycan xalqlarının dostluq rəmzinə çevrilib. Teatr keçmişin ən yaxşı ənənələrini qoruyub saxlamaqla onlara yeni məzmun, canlı duyğular və tükənməz enerji verir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Tags:  İki qardaş xalqın dostluq rəmzi


RƏYLƏR


Top news