Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Test bankları zənginləşir

Test bankları zənginləşir

Date: 22 December 2015 16:38


Bakı, 22 dekabr, AZƏRTAC
2016–2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri seminarda “Test tapşırıqlarının hazırlanması və ekspertizası” mövzusunda təqdimat olub. Təqdimatda müəllif və ekspertlərin test tapşırıqları üzərində işinin əsas xüsusiyyətləri, test tərtibinə və ekspertizasına aid TQDK-nın normativləri, növbəti qəbul imtahanı üçün xarici dillər üzrə yeni tipli test tapşırıqlarının tərtibi və onların ekspertizası ilə bağlı məsələlər işıqlandırılıb.
Eyni zamanda, dünyanın müxtəlif ölkələrində xarici dillər üzrə imtahanlarda istifadə olunan test tapşırıqlarının nümunələri ilə yanaşı, seminar iştirakçıları tərəfindən tərtib olunmuş tapşırıqlar da nəzərdən keçirilib, ayrı-ayrı xarici dillər üzrə test banklarını yeni test tapşırıqları ilə zənginləşdirmək və mövcud bankları təkmilləşdirmək məsələləri müzakirə edilib.
Növbəti seminarda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi üçün xarici dillər üzrə texniki tapşırıqların layihəsi nəzərdən keçiriləcək.

Tags:  Test bankları zənginləşir



RƏYLƏR


Top news