Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bilinmir kişi kimdir, qadın kim" - Emil

"Bilinmir kişi kimdir, qadın kim" -  Emil

Date: 22 December 2015 16:46

“Müğənnilər bir-birini didirlər. Hansı kanalı açırsan deyinirlər. Yeni sənətə gəlib, durub dava edir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Emil Bədəlov “Onlar” verilişinə açıqlamasında deyib. İfaçı qalmaqal edən kişi həmkarlarını qınayıb:

“Şou-biznesdə kişilər-arvada, arvadlar-kişiyə qarışıb. Bilinmir kişi kimdir, qadın kim. Kişi də çıxıb arvad kimi danışırsa, onun özü də elə arvaddır. Bir-iki müğənninin pis hərəki bizi də səviyyədən salır. Bir ara söz çıxdı ki, oxuyana qız vermirlər. Deyirlər, “Siz arvadağızsınız. Sizin üçün birinci sənətdir, ikinci ailə”. Amma elə müğənnilər var ki, gözəl ailə başçısıdır”.

E.Bədəlov qızı Səadətin müğənni olmasını istəmədiyini etiraf edib:

“Çox dedi-qodular var. Ona görə də istəməzdim qızım bu aləmdə olsun. Yoxsa bizim sənətdə o qədər qeyrətli xanımlarımız var ki...”.


Tags:  Bilinmir kişi kimdir qadın kim Emil

RƏYLƏR


Top news