Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan "Ələsgər"i ilə vidalaşdı (FOTO)

Azərbaycan "Ələsgər"i ilə vidalaşdı (FOTO)

Date: 22 December 2015 16:51

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib.

Azərbaycanın Adriano Çelentanosu adlandırılan aktyor bu gün anasının yanında torpağa tapşırılıb.
Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

ANS PRESS-in məlumatına görə, dəfn mərasiminə aktyorun həmkarları, dostları, tələbə yoldaşları iştirak ediblər.



Aktyorun oğlu Ceyhun Məmmədovun sözlərinə görə, atasının ağrıları olmayıb. O, qəfildən dünyasını dəyişib.

“Vəziyyəti yaxşı idi. Onun qaraciyərində xərçəng var idi. İrana apardıq. Amma müalicəsi olmadı. Sağlamlığından heç vaxt şikayətlənmirdi. Demişdilər ki, çox pis ağrılar olacaq. Ağrısız rəhmətə getdi. O, gündə 5-6 km gəzən adam idi".


Ceyhun Məmmədov - Ələsgər Məmmədoğlunun oğlu

Ələsgər Məmmədoğlunun tələbə yoldaşları Tofiq Hüseynov və əməkdar artist Kazım Abdullayev də çox üzgün olduqlarını bildiriblər.

“Mən Ələsgəri 50 ilə yaxın bir zaman idi ki, tanıyırdım. Biz tələbə yoldaşı olmuşuq. Çox unikal bir aktyor olub, həm xarici həm də daxili görünüşü maraqlı idi. Ondan daha yaxşı istifadə edilə bilinərdi".
O, vida mərasiminin evdə keçirilməsindən də şikayət edib.

Kazım Abdullayev də həmkarının layiq olduğu dəyəri almadan dünyadan köçdüyünü düşünür. “Onunla hələ Sumqayıtda tanış olmuşdum. Çox yaxşı insan idi. Təəssüf ki, xalq artisti adı verilmədi. Keçədə belə hər kəs onu tanaıyırdı".


Tofiq Hüseynov və Kazım Abdullayev - aktyorun tələbə yoldaşları



Aktyorla ölümündən öncə danışanlardan biri də iş yoldaşı Kazım Həsənquliyev olub. Onun sözlərinə görə, ötən gün axşam saatlarında onlar telefonda söhbət ediblər. Lakin o, yaxşı olduğunu, nigaran olmağa ehtiyac olmadığını bildirib.





Vida mərasimində Ələsgər Məmmədoğlunu sevənlərlə yanaşı, sənət dostları – xalq artistləri Cahangir Zeynalov, Azər Paşa Nemət, Hacı İsmayılov, əməkdar artist Sənubər İsgəndərli, aktrisa Sevinc Əliyeva, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və başqaları iştirak ediblər.

Akademik Milli dram teatrının aktyoru ötən gecə saat 21:00 radələrində evində dünyasını dəyişib.

Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.



1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.


Tags:  Azərbaycan Ələsgəri vidalaşdı FOTO

RƏYLƏR


Top news