Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ticarət gəmiçiliyi və hava nəqliyyatında də lisenziyalar ləğv olundu

Ticarət gəmiçiliyi və hava nəqliyyatında də lisenziyalar ləğv olundu

Date: 22 December 2015 16:54

Azərbaycanda ticarət gəmiçiliyi və hava nəqliyyatı sahəsində yük və sərnişin daşımalar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

 

İndiyə qədər su nəqliyyatı ilə yük və sərnişin daşınması üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Dövlət Dəniz Administrasiyasından, hava nəqliyyatı ilə yük və sərnişin daşınması üçün 5500 manat dövlət rüsumu ödənilməklə Dövlət Mülki Aviasiya Administrasiyasından lisenziyalar alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.


Tags:  Ticarət gəmiçiliyi hava nəqliyyatında lisenziyalar ləğv olundu

RƏYLƏR


Top news