Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səhiyyə nazirinin müavini: “Dərmanların qiymətlərində bahalaşma qaçılmazdır”

"Brent" 51 dollara çatır (24 Mart 2017 10:08)
"Brent" 51 dollara çatır (24 Mart 2017 09:37)
Nazir müavininin oğlunun toyudur (17 Mart 2017 17:04)

Tarix: 22 Dekabr 2015 16:57

Bakı. 22 dekabr. REPORT.AZ/ “Nazirlər Kabinetinin təsdiq etdiyi və Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydalarına əsasən, yerli valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq. Təbii ki, dərmanların qiymətlərində artım olması qaçılmazdır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, yeni təyin olunacaq qiymətlər əvvəlki qiymətlərdən aşağı olacaq: “Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni, qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq”.
Nazir müavini həmçinin əlavə edib ki, bununla bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub: “Bugünlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağı məlum olacaq”.

Teqlər:  Səhiyyə nazirinin müavini Dərmanların qiymətlərində bahalaşma qaçılmazdır



RƏYLƏR


Top xəbərlər