Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavini: Dərmanların yeni qiymətləri əvvəlki qiymətlərdən aşağı olacaq

Nazir müavini: Dərmanların yeni qiymətləri əvvəlki qiymətlərdən aşağı olacaq

Date: 22 December 2015 16:58

Bakı. Elçin Mehdiyev - Trend:

Dolların və avronun manata nisbətən məzənnəsinin artmasından sonra dərmanların qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları, şirkətlər tərəfindən müraciət olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, bu günlərdə Tarif Şurasının bu günlərdə növbəti iclası olacaq:

“Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vsasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları var. Bu qaydalara əsasən valyutann məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq”.

Nazir müavini bildirib ki, qiymətlərin artırılması qaçılmazdır:

“Lakin yeni qiymətlər əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki bir çox dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlki ilə müqayisədə aşağı olacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nazir müavini Dərmanların yeni qiymətləri əvvəlki qiymətlərdən aşağı olacaq

RƏYLƏR


Top news