İlin sonuna qədər Xəzər Dəniz Gəmiçiliyində istismarda olan bərə və gəmilərin sayı 14-ə çatacaq

İlin sonuna qədər Xəzər Dəniz Gəmiçiliyində istismarda olan bərə və gəmilərin sayı 14-ə çatacaq
17:03 22 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi istismarda olan bərələrinin sayını artırır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, qısa bir zamanda iki bərə gəmisi - “Qarabağ” və “Akademik Topçubaşov” istismara verilib. Əgər noyabr ayında AXDG-nin 8 bərə və 2 Ro-Ro (təkərli texnika daşıyan) gəmisi istismarda idisə, hazırda 12 gəmi, o cümlədən 10 bərə və 2 Ro-Ro gəmisi Xəzər dənizində vaqon və təkərli texnika daşımalarına cəlb olunub. Eyni zamanda daha 2 bərə gəmisi - “Professor Gül” və “Merkuri-1” ilin sonuna qədər istismara buraxılacaq. Bu da istismarda olan bərə və Ro-Ro gəmilərinin sayını 14-ə çatdırmağa imkan verəcək.
İstismarda olan gəmilərdən, 5 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində daşımalara cəlb olunub.
Eyni zamanda, Aktau və Türkmənbaşı limanlarında yaranan sıxlıqla bağlı Gəmiçilik mütəmadi olaraq bu limanlarla əlaqə saxlayır və gəmilərin boşaltma-yükləmə əməliyyatlarının tezləşdirilməsi üçün tədbirlər görür. Sıxlığın əsas səbəbi hava şəraitinin əlverişli olmamasıdır. Belə ki, dekabr ayının 16 və 18-də Bakıdan çıxan “Akademik Zərifə Əliyeva” və “Akademik Həsən Əliyev” bərə gəmiləri bu günə kimi Aktau limanında körpüyə yan ala bilmirlər.
Qeyd edək ki, hazırda AXDG-nin 13 bərə gəmisi var. Yükdaşımaların həcmindən asılı olaraq bərə gəmiləri istismarda və ya yükdaşımalar azaldıqda, istismar ehtiyatında saxlanılır. Gəmilərin istismar ehtiyatında saxlanılması xərclərin azaldılmasına imkan verir, digər tərəfdən isə yük həcmləri artdıqda, istismar ehtiyatında olan gəmilər istismara qaytarılır.
Dekabr ayının əvvəlindən yaranan vəziyyəti nəzərə alaraq, QSC rəhbərliyi istismar ehtiyatında olan bərə gəmilərinin operativ qaydada istismara qaytarılması ilə bağlı qərar verib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_sonuna_qeder_Xezer_Deniz_Gemichiliyinde_istismarda_olan_bere_ve_gemilerin_sayi_14_e_chatacaq-913350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR